
Azərbaycan və Misir arasında Hökumətlərarası Komissiyanın yaxın vaxtlarda növbəti iclası keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Misirin Azərbaycanda yeni təyin olunan səfiri Houssam-Eldine Reda etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən müzakirə aparılıb.
Həmçinin Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulanıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

