Nazir: Ramiz Quliyev ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi

Baş səhifə
Nazir: Ramiz Quliyev ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi

Ramiz Quliyev ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Xalq artisti ilə vida mərasimində deyib.

Nazir Xalq artistinin mədəni irsinin zəngin olduğunu bildirib:

“Onun Azərbaycan musiqisinin və mədəniyyətinin dünyada tanıdılması və sevilməsində xidmətləri əvəzsizdir”.

A.Kərimli Ramiz Quliyevin yetişdirdiyi tələbələrin onun mədəni irsini yaşadacağına inamını ifadə edib.

“O, ustad sənətkar, ustad pedaqoq dedikdə ilk ağla gələn şəxslərdən idi. Əminəm ki, bundan sonra da belə olacaq, məhz bu şəkildə xatırlanacaq”.

Mədəniyyət naziri Xalq artisti Ramiz Quliyevin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinə də toxunub.

MƏLUMAT YENİLƏNİR…