Xankəndi.Trend:
Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında ümumilikdə 1 700-dən
çox ailə yeni mənzillərə köçürülüb.
Trend xəbər
verir ki, bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli
Şəhərsalma Forumu”nda çıxış edən Azərbaycan Dövlət Mənzil İnşaat
Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı bildirib.
F.Qurbanlının sözlərinə görə, 22 sosial obyektin tikintisinə
başlanılıb, onların 16-sı artıq istifadəyə verilib:
“Bunlar 5 məktəb, 9 uşaq bağçası və 2 tibb müəssisəsidir.
Agentlik ümumilikdə son 9 ildə 18 layihə icra edib, onlardan 8-i
üzrə 12 min mənzil tam istifadəyə verilib. Hazırda 4 layihə üzrə
tikinti, 3 layihə üzrə isə layihələndirmə davam edir”.
O deyib ki, Qarabağda həyata keçirilən mənzil layihələri Böyük
Qayıdış prosesinin əsas istiqamətlərindən biridir.
“Qarabağ bölgəsində üç layihəmiz uğurla başa çatıb”, – deyə o
qeyd edib.

