Azərbaycanın kimya sənayesi məhsulları ixracından gəlirləri 19% artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 837,4
min ton kimya sənayesi məhsulları ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda kimya sənayesi məhsullarının
ixracından əldə olunan gəlir 252,5 milyon ABŞ dolları olub.




Sözügedən məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
həcm ifadəsi ilə 13,9 min ton və ya 1,7%, dəyər ifadəsi ilə 40,7
milyon ABŞ dolları, yaxud da 19,2% artıb.

Kimya sənayesi məhsullarının ixracı cari ilin ilk doqquz ayının
ixracına nisbətən 1,36%-ni, qeyri-neft sektoru üzrə ixracına
nisbətən isə 9,53%-ni təşkil edib.