Azərbaycanda mazut istehsalı 2 dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 57,6 min ton
mazut istehsal edilib.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,7
min ton və ya 2,1 dəfə çoxdur. 2024-cü ilin eyni dövründə cəmi 26,6
min ton mazut istehsal olunmuşdu.




Bu ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 1,2 min ton
təşkil edib.

Neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 4,047
milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə
0,4 faiz çoxdur. Mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı
8,5 faiz, qazoyl (dizel yanacağı) istehsalı 6,2 faiz, kerosin
istehsalı isə 5,3 faiz artıb. Eyni zamanda, neft bitumu istehsalı
9,9 faiz, sürtkü yağlarının istehsalı isə 44,7 faiz azalıb.