Bakı metrosunda tunel tikintisinə görə “28 May” istiqamətinə gediş-gəliş necə tənzimlənəcək? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Metronun “Cəfər Cabbarlı” stansiyası istiqamətində iki tunel
tikiləcək. Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması
layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları
arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May”
stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların
hərəkəti təşkil edilməyəcək. Məlumata görə, qatarlar
“Dərnəgül”-“Nizami” stansiyaları arasında hərəkət edəcəklər.

Tunelin tikintisi başladıqdan sonra metronun “28 may” stansiyası
ətrafına getmək istəyənlər üçün hansı nəqliyyat vasitəsi daha
əlçatan olacaq? Sərnişinlərin rahat gediş-gəlişinin təşkili üçün
hansı addımlar atılacaq?

200 metrlik tunelin tikintisi başladıqdan sonra sərnişinlərin
yerüstü ictimai nəqliyyatla yönləndirilməsi Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi ilə birlikdə həyata keçiriləcək.




Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”
QSC-dən bildirilib.

Qeyd edilib ki, hazırda bununla əlaqədar birgə monotorinqlərin
nəticələrinin təhlili və texniki xarakterli işlər davam
etdirilir.

“Yekun qərarlar barədə ictimaiyyətə məlumatlar təqdim
olunacaq”,- qurumdan əlavə olunub.