HƏMAS daha iki ölü girov cəsədini İsrailə təhvil verəcək

Baş səhifə

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı daha iki girovun qalıqlarını yerli
vaxtla saat 22:00-da İsrail tərəfinə təhvil verəcək.

Trend-in
məlumatına görə, bu barədə hərəkatın hərbi qanadı sayılan “İzzəddin
əl-Qəssam Briqadaları” qrupunun “Telegram” kanalında
bildirilib.




“[İsrailli girovların fələstinli məhbuslarla] dəyişdirilməsi ilə
bağlı razılaşması çərçivəsində biz bu gün saat 22:00 radələrində
daha iki israilli girovun cəsədini [tibbi] personala təhvil vermək
qərarını verdik”, – deyə qeyd olunub.

Qalıqları Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil veriləcək
məhbusların adları açıqlanmayıb.