Afinada minlərlə insan etiraz aksiyası keçirib

Baş səhifə

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada minlərlə insan 13 saatlıq iş
gününün tətbiqinə etiraz etmək üçün yenidən küçələrə çıxıb.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, aksiya Afina Universitetinin rektorluğu
qarşısında və Sintagma meydanında keçirilib. Etirazçılar yeni qanun
layihəsinin geri götürülməsini tələb edib.

Etirazçıların əsas tələbi hökumətin qanun layihəsini ləğv etmək,
etibarlı əmək müqavilələrinin tətbiqi, əməkhaqlarının artırılması
və sosial təminatların qorunmasıdır.