Hikmət Hacıyev Almaniya XİN-in dövlət katibi ilə regional sülh və ikitərəfli əməkdaşlığı müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Almaniyanın Xarici İşlər nazirliyinin dövlət katibi
Geza Andreas von Geyr ilə görüş keçirib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Prezidentinin köməkçisi “X” sosial şəbəkə
hesabında paylaşım edib.

“Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza
Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün
möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən
konnektivlik layihələrini müzakirə etdik. Azərbaycanın Almaniya ilə
ənənəvi dostluq və yaxşı münasibətləri olub”, – paylaşımda qeyd
olunub.