Bakıda parad keçiriləcək –

Baş səhifə

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.

Artıq parada hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.