Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar
Respublikasında pərakəndə ticarət dövriyyəsi 1,018 milyard manat
təşkil edib.

Bu barədə Trend Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7
faiz çoxdur.

Qeyd edək ki, ölkə üzrə 2025-ci ilin yanvar-sentyabr aylarında
pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard
manatlıq, o cümlədən 25,359 milyard manatlıq ərzaq məhsulları,
içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq qeyri-ərzaq
malları satılıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə
pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən
ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz,
qeyriərzaq malları üzrə 6,8 faiz artıb.