Naxçıvan iqtisadiyyatı böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar
Respublikasında 1,2 milyard manat dəyərində ümumi daxili məhsul
(ÜDM) istehsal edilib.

Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.




Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3%
çoxdur.

Hesabat dövründə muxtar respublikada əhalinin hər nəfərinə düşən
ümumi daxili məhsulun dəyəri 2 544 manat təşkil edib ki, bu da 1 il
əvvələ nisbətən 3,8% çoxdur.