KİV: ATƏT sədri ilə görüşü Kobaxidze ləğv etməyib

Baş səhifə

ATƏT sədri Elina Valtonenin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü Finlandiyanın təşəbbüsü ilə ləğv olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Finlandiyanın “Helsingin Sanomat” nəşri yazıb.

Nəşr iddia edir ki, planlaşdırılmış görüş Gürcüstan tərəfinin təşəbbüsü ilə deyil, qrafikin dəyişməsi səbəbindən Finlandiya tərəfindən ləğv edilib və bu barədə qarşı tərəf ötən gecə məlumatlandırılıb.

“Valtonen Gürcüstan hökumətinin onun hər hansı bir askiyada iştirakı və yalan informasiya yayması ilə bağlı bəyanatını qəbul etmir. O, Azərbaycana getmək üçün baş nazirlə görüşü ləğv etməli olub”, – nəşr qeyd edib.