Bu il tibbi xidmət göstərilən xarici vətəndaşların sayı AÇIQLANDI

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar–sentyabr ayları ərzində isə artıq 42 451
xarici vətəndaşa tibbi xidmət göstərilib.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə
əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova
paylaşım edib.




O bildirib ki, 2023-cü ildə Azərbaycanda ümumilikdə 59 011
xarici vətəndaş müxtəlif tibbi xidmətlərdən yararlanıb. 2024-cü
ildə bu göstərici 57 077 nəfər təşkil edib.

“İlin sonuna qədər bu rəqəmin əvvəlki illərlə müqayisə edilə
biləcək səviyyədə olacağı gözlənilir.
Ən çox tibbi xidmət alan vətəndaşlar Rusiya Federasiyası,
Gürcüstan, Türkiyə, İran və Özbəkistan kimi ölkələrdən olub”,- deyə
paylaşımda qeyd edilib.