Bakı. Trend:
Böyük Britaniyanın rabitə tənzimləyicisi “Ofcom” “Royal Mail”
kral poçt şirkətini 2024–2025-ci maliyyə ilində (aprel ayında başa
çatıb) birinci sinif göndərişlərinin dörddə birini gecikmə ilə
çatdırdığına görə 21 milyon funt sterlinq (təxminən 48 milyon
manat) məbləğində cərimələyib.
Trend xəbər verir
ki, bu barədə qurumun bəyanatında bildirilir.
“Ofcom”un məlumatına görə, cərimə “Royal Mail”in həm birinci,
həm də ikinci sinif poçt göndərişlərinin çatdırılma üzrə müəyyən
edilmiş hədəf göstəricilərini yerinə yetirməməsi ilə bağlı aparılan
araşdırmanın nəticəsi olaraq tətbiq edilib.
Ötən il “Royal Mail” birinci sinif göndərişlərinin yalnız 77
faizini, ikinci sinif göndərişlərinin isə 92,5 faizini vaxtında
çatdırıb ki, bu da müvafiq olaraq 93 faiz və 98,5 faiz səviyyəsində
müəyyən edilmiş hədəflərdən xeyli aşağıdır.

