Lerikin Cəngimeran kəndində yerləşən modul tipli “Lerik” Elektrik Stansiyası istismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək 207,5 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Lerik” Elektrik Stansiyası 2018-ci il oktyabrın 15-də istismara verilib. Stansiyanın ümumi qoyuluş gücü 16,5 MVt təşkil edir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

