
Bakı. Trend:
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə
müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.
Trend bu barədə
Ədliyyə Nazirliyinə istinadla xəbər verir.
Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş atasının
gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi
üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram
tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bildirilib ki, cəzaçəkmə müəssisələrində və ya istintaq
təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların
verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu
bir daha vətəndaşların diqqətinə çatdırılır.

