I sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa çatır

Baş səhifə

Bakı. Trend:

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I
sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa
çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA)
Trend-ə verilən
məlumata görə, valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a
qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə
məktəb və müəllim seçimini həyata keçirə bilərlər.




Bildirilib ki, qeyd edilən tarixə qədər övladları üçün portaldan
sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə
yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edilib ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130
mindən çox uşaq qəbul olunub.