Samuxda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Böyük Kəsik dəmir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə Lokomotiv Deposuna məxsus teplovozda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb edilib.
Yanğın söndürülüb, teplovozun qalan hissəsi yanğından mühafizə edilib.

