
Bakı.Trend:
Yaxın gələcəkdə sağlamlıq turizmi istiqaməti üzrə Azərbaycana üz
tutan xaricilərin sayında kəskin artım gözlənilir.
Trend xəbər
verir ki, bu fikirləri deputat Göydəniz Qəhrəmanov II “Azərbaycan
Sağlamlıq Turizmi Konfransı”nda çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, Azərbaycanda sağlamlıq turizm imkanları
istiqamətində böyük işlər görülür.
Xarici dövlətlərdən ölkəmizə gələn şəxslərin həm istirahətinin,
həm də sağlamlıq məslələrinin birlikdə həyata keçirilməsi çox
vacibdir.
Göydəniz Qəhrəmanov vurğulayıb ki, hazırda turizmlə bağlı böyük
bir iş planı hazırlanıb.

