“Real”da “Barselona” ilə matça 2 əsas futbolçu dönə bilər

Baş səhifə

Bakı. Trend:

“Real”da ən güclü sağ cinah müdafiəçilərinin “El-Klasiko”ya
qədər sıraya dönəcəyinə ümid edirlər. Madrid klubunun “Barselona”
ilə La Liqa oyunu 26 oktyabrda keçiriləcək.

Trend xəbər verir ki, “The
Athletic”in məlumatına görə, “Realın tibbi heyəti Dani Karvahal və
Trent Aleksander-Arnoldun bərpası ilə bağlı nikbindir. Karvahal
baldır əzələsində, Trent isə budun arxa hissəsində problem
yaşayır.




Eyni hal Din Heysen və digər zədələnmiş oyunçulara da aiddir,
lakin Antonio Rüdiger və Ferlan Mendi oyunu dəqiq buraxacaqlar.