Ramiz Mehdiyev bu maddələrlə ittiham olunur

Baş səhifə

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.

Modern.az-ın məlumatına görə, həbs barədə yeni təfərrüat məlum olub.

DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

“Teleqraf” bildirir ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 274 (Dövlətə xəyanət) və 193-cü (Yalançı sahibkarlıq) maddələri ilə ittiham edilir.