Paytaxt sakinlərinin yeni quraşdırılan attraksionlarla bağlı təəssüratları necədir? – SORĞU (FOTO)

Baş səhifə

Bakı.Trend:

Dənizkənarı Milli Parkda bir neçə il əvvəl istismar müddətini
başa vurduğu üçün fəaliyyəti dayandırılan və böyüklər üçün nəzərdə
tutulan attraksionların işi bərpa olunub. Hazırda böyüklər 4,
kiçiklər isə 3 manat ödəməklə yenidən quraşdırılmış
attraksionlardan istifadə edə bilərlər.

Bəs, paytaxt sakinlərinin yeni quraşdırılan
attraksionlarla bağlı təəssüratları necədir?

Paytaxt sakini Aynur Kərimova Trend-ə açıqlamasında
bildirib ki, Bulvarda yeni açılan attraksionlardan istifadə edib və
olduqca rahatdır:

“Həmçinin təhlükəsizlik qaydalarına da ciddi şəkildə əməl
olunur. Birdəfəlik istifadə haqqının da normal qiymətə olduğunu
düşünürəm”.




Öz növbəsində sakin Əmrullah Nusalov
attraksionların açılışını eşitdiyini və dörd nəfərlə gəldiklərini
qeyd edib.

“Köhnə attraksionlara minmək fürsətim olmayıb, lakin yenilərini
çox bəyəndim”, – o əlavə edib.

Sakin Samir İbrahimov isə vurğulayıb ki,
attraksionlardan istifadə üçün bilet qiyməti çox normaldır.

O, əlavə edib ki, yeni attrasksionların dizaynın çox bəyənib.
Təhlükəsizlik qaydalarına əməl olunmasını xüsusilə qeyd edib.