
Bakı. Trend:
Bu ilin yanvar–avqust aylarında Azərbaycandan İtaliyaya 3,1
milyard ABŞ dolları dəyərində (qaz halında) 6,2 milyard kubmetr
təbii qaz ixrac edilib.
Bu barədə Trend
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu
göstərici pul ifadəsində 495,6 milyon ABŞ dolları və ya 18,8 faiz
artıb, həcm baxımından isə 405,7 milyon kubmetr və ya 6,1 faiz
azalıb.
Belə ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycan
İtaliyaya təxminən 2,6 milyard ABŞ dolları məbləğində, 6,7 milyard
kubmetr həcmində təbii qaz satıb.

