
Bakı. Trend:
Ziraat Bank Azərbaycan 2025-ci ilin üçüncü rübündə uğurlu
nəticələr əldə edərək böyümə strategiyasını davam etdirib. Bankın
maliyyə göstəriciləri, səmərəli idarəetmə və müştəri etimadına
əsaslanan davamlı inkişaf dinamikasını bir daha nümayiş
etdirir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bankın depozit portfeli
müsbət dinamika ilə 60% artaraq 986 milyon manatı keçib. Hüquqi
şəxslərin müddətli depozitləri isə 142 milyon manatı ötüb.
Kredit portfeli də 64% artaraq 728 milyon manatı keçib. Qeyd
olunmuş göstəricinin 671 milyon manatı biznes kreditlərinin payına
düşür. Bu nəticə Ziraat Bank Azərbaycanın real sektora yönəlik
kreditləşməni prioritet tutmasının bariz nümunəsidir.
Bankın əməliyyat səmərəliliyinin artması ilə xalis əməliyyat
mənfəəti 25% artaraq 29 milyon manatı keçib.
Xalis faiz gəliri isə 18% artaraq 31 milyon manatı ötüb.
Ümumilikdə, Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 63% artaraq 18 milyon 363 min manata
çatıb. Bu, bankın maliyyə dayanıqlığının və strateji idarəetmənin
effektivliyinin göstəricisidir.
Ziraat Bank Azərbaycanın cəmi aktivləri isə 1 milyard 234 milyon
manata yüksəlib, bu da 53% artım deməkdir.
Ziraat Bank Azərbaycan bundan sonra da müasir texnologiyalara
əsaslanan innovativ həllər və rəqəmsal xidmətlər vasitəsilə
müştərilərin ehtiyaclarını qarşılamağa davam edəcəyini
bildirib.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161
illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir.
Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət
göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan
şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1
şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə
xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın
Instagram,
X-platforması,
Linkedin,
YouTube
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

