Bank Respublika 2025-ci ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib

Baş səhifə

Bakı. Trend:

Bank Respublika cari ilin üçüncü rübündə biznesin
bütün seqmentləri üzrə dinamik inkişaf göstərib.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci
ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata
əsasən, bank sabit artım dinamikası nümayiş etdirərək Azərbaycanın
ən fəal inkişaf edən maliyyə institutlarından biri statusunu bir
daha təsdiqləyib.

Əldə olunan nəticələr bankın fəaliyyət istiqamətlərinin balanslı
inkişafını və müştərilər, eləcə də tərəfdaşlar arasında yüksək
etimadı əks etdirir.




Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə
bütün əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş
etdirib:

2025-ci ilin üçüncü rübü üzrə əsas maliyyə
göstəriciləri:

  • Aktivlər26,3% artaraq
    2,72 milyard manat təşkil edib;
  • Məcmu kapital – 20,5% artaraq 249,04 milyon manata
    çatıb;
  • Kredit portfeli – 16,6% artaraq 1,58 milyard manat
    təşkil edib;
  • Depozit portfeli – 12,9% artaraq 1,52 milyard manat
    olub;
  • Xalis faiz gəlirləri – 16,0% artaraq 126,89 milyon
    manat təşkil edib;
  • Xalis əməliyyat mənfəəti – 12,44% artaraq 58,63 milyon
    manata çatıb;
  • Xalis mənfəət – 9,9% artaraq 43,17 milyon manat təşkil
    edib.

Maliyyə sabitliyinin əsas göstəriciləri:

  • I dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) —
    10,26%
    (norma — 6,5%);
  • Məcmu kapitalın adekvatlıq əmsalı — 13,74%
    (norma — 12,5%);
  • Leverec əmsalı — 6,77% (norma — 5%).

1992-ci ildə təsis olunan Bank Respublika, bu
gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini
uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən
iri maliyyə qurumlarından biri olan Sparkassen
International Development Trust

(Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.