
Tehran İnqilab Məhkəməsi İranda həbs edilən və casusluqda ittiham olunan Fransanın iki vətəndaşı barəsində ilkin qərar çıxarıb.
“Report” İRNA-ya istinadən xəbər verir ki, məlumatı təqsirləndilən şəxslərin vəkilləri yayıb.
Bildirilib ki, Fransa İrandan vətəndaşları Sesil Koler və Jak Parinin də azadlığa buraxılmasını tələb edirdi. Onlar bu ilin yayında İsrailə casusluq etmək ittihamı ilə həbs olunublar.
İttihamnaməyə görə, bu işdə təqsirləndirilən iki şəxs Fransa kəşfiyyatı üçün casusluqda, milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə sui-qəsd və sözləşmədə, İsraillə kəşfiyyat sahəsində əməkdaşlıqda, Qüdsdə yəhudi dövləti ilə kəşfiyyat sahəsində əməkdaşlığa kömək etməkdə ittiham olunurlar.
Hökmə əsasən, işdə təqsirləndirilən şəxslərdən biri Fransa kəşfiyyatı üçün casusluq ittihamı ilə 6 il həbs cəzasına, məlumat toplamaq və milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə sözləşmə ittihamı ilə 5 il həbs cəzasına və İsraillə kəşfiyyat sahəsində əməkdaşlıq ittihamı ilə Müharbə qanununa əsasən 20 il sürgün cəzasına məhkum edilib.
O biri şəxs isə Fransa kəşfiyyatına qarşı casusluğa görə 10 il həbs cəzasına, milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə sözləşmə üçün 5 il həbs cəzasına və İsraillə kəşfiyyat əməkdaşlığına yardım etdiyinə görə 17 il həbs cəzasına məhkum edilib.
Çıxarılmış qərar bildiriş anından etibarən 20 gün ərzində Ali Məhkəməyə şikayət edilə bilər.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

