
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28 827,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% azalıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 26 292,4 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 1,6% azdır.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
|
Fəaliyyət növlərinin adı |
2025-ci ilin yanvar-avqust aylarında istehsal edilmişdir, milyon manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
|
Mədənçıxarma sənayesi |
28 827,9 |
98,3 |
|
Xam neft və təbii qaz hasilatı |
26 292,4 |
98,4 |
|
Metal filizlərinin hasilatı |
480,7 |
153,4 |
|
Mədənçıxarma sənayesinin digər sahələri |
170,8 |
112,8 |
|
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi |
1 884 |
88,7 |
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 20 629,4 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 29 046,4 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% azalıb, əmtəəlik qaz hasilatı isə 2,8% artıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
|
Məhsul növləri |
2025-ci ilin yanvar-avqust aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Xam neft və təbii qaz hasilatı |
|||
|
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton |
20 675,7 |
95,4 |
219,1 |
|
ondan əmtəəlik |
20 629,4 |
95,4 |
219,1 |
|
Təbii qaz, milyon kub metr |
37 794 |
101,8 |
– |
|
ondan əmtəəlik |
29 046,4 |
102,8 |
– |

