Bakı. Trend:
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan
2 152 nəfər tələbə də nəzərə alınmaqla işğaldan
azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59
565 nəfər təşkil edib.
Trend xəbər
verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında
ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi
göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə,
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.10.2025-ci il
tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış
məntəqələrinə 19 109 nəfərdən ibarət 4
826 ailənin qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə,
həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq
işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan
şəxslərin və onların ailə üzvlərinin sayı isə 38
304 nəfər təşkil edib.

