Bakı. Trend:
Qəzza zolağının yenidən qurulmasına 70 milyard (ABŞ) dollar
həcmində vəsait tələb olunacaq.
Trend xəbər verir
ki, BMT-nin İnkişaf Proqramının Fələstin Xalqın yardım üzrə
inzibatçısının xüsusi nümayəndəsi Yako Silliers bildirib.
“Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Dünya Bankı
tərəfindən birgə aparılmış ziyan və ehtiyacların operativ
qiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70
milyard dollar tələb olunacaq”,-deyə o, Cenevrədə keçirilən
brifinqdə bildirib.
Silliers Fələstin anklavında bərpa işlərinin hansı müddət
ərzində başa çatacağı barədə təxminlərini bölüşməkdən imtina
edib.
Onun sözlərinə görə, adıçəkilən təşkilatların vəzifəsi
dağıntıların miqyasını müəyyən etməklə yanaşı, hansı ərazilərin ilk
növbədə bərpa olunmalı olduğunu və səylərin nəyə yönəldilməli
olduğunu prioritetləşdirməkdir.
“Yəqin ki, bütün ərazilər bərpa edilməyəcək”, – deyə o əlavə
edib.

