Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 200 milyon manata yaxın investisiya yatırılıb

Baş səhifə

Bakı. Trend:

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında
ümumilikdə 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə
qeyri-rezident kimi qeydiyyata alınıb, 14 müəssisə fəaliyyət
göstərir.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov 30-cu Yubiley
Xəzər İnşaat Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

O qeyd edib ki, İqtisadi Zonaların İnkişafı Agentliyi azad
edilmiş torpaqların bərpasında yaxından iştirak edir: “Məlumdur ki,
işğaldan azad edilmiş ərazilərimizdə 2 sənaye zonamız Ağdam və
“Araz Vadisi İqtisadi Zonası” sənaye parkları mövcuddur.




Hazırda bu iki sənaye parkında ümumilikdə 50 sahibkarlıq
subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyata
alınıb, 14 müəssisə fəaliyyət göstərir. 200 milyon manata yaxın
investisiya yatırılıb, 1000-dən artıq daimi iş yeri yaradılıb.

Bir maraqlı məlumatı diqqətə çatdırım ki, Ağdam Sənaye Parkında
hazırda qeydiyyatdan keçən müəssisələrin sayı, işğaldan əvvəlki
dövrlərdə mövcud olmuş müəssisələrin sayından çoxdur. Artıq
əminliklə deyə bilərəm ki, Ağdam Sənaye Parkı Ağdamın əvvəlki
sənaye nüfuzunu özünə qaytarıb”.