Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nda əksini tapan “İşğaldan azad olunmuş
ərazilərə Böyük Qayıdış” Milli Prioriteti üzrə artıq biz 28 yaşayış
məntəqəsinə qayıdışı təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə
yaşayan əhalinin sayı artıq 55 min nəfər ətrafındadır.

Trend xəbər
verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 30-cu Yubiley
Xəzər İnşaat Həftəsində bildirib.




O qeyd edib ki, onların təqribən 20 min nəfərə qədəri keçmiş
məcburi köçkünləridir: “Yerdə qalan əhali isə icra hakimiyyəti
strukturlarında, tikintidə və digər şirkətlərdə çalışanlardır.
Növbəti ilin sonunadək, yəqin ki, biz 100 minlik həddi alacağıq.
Yəni 100 mindən çox keçmiş məcburi köçkünlərin geri qayıdışı baş
tutacaq”.

“Azad olunmuş ərazilərdə qısa müddətdə nəqliyyat-logistika ilə
bağlı 500 km-dən artıq avtomobil yolu çəkilib.120-130 km
uzunluğunda dəmir yolu xətti çəkilib. Horadiz-Ağbənd dəmir yolunun
tikintisinin 75%-i tamamlanıb”, – deyə V. Qasımlı əlavə edib.