
Bakı. Trend:
“2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın
və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın ilkin hazırlıq
işləri, demək olar ki, tamamlanıb.
Trend xəbər
verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) icraçı direktoru 30-cu Yubiley Xəzər İnşaat
Həftəsində bildirib.
“Proqram müvafiq qurumlarla müzakirədən keçirilib. Bu yaxınlarda
müvafiq qaydada təqdim olunacaq”, – o vurğulayıb.

