62 xarici tələbə Azərbaycanda təqaüd proqramı ilə təhsil alacaq

Baş səhifə

Bakı. Trend:

2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası
Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil
müəssisələrində təhsil almaq hüququ qazanıb.

Trend bu barədə
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadla xəbər
verir.

Bildirilib ki, onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11
nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan
Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə
Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən
illə müqayisədə 32 faiz artım deməkdir.




Proqram çərçivəsində əcnəbi tələbələr Azərbaycan Dillər
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı
Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik
Universiteti, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət
Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və
Xəzər Universitetində bakalavriat, magistratura və doktorantura
səviyyələrində təhsil alacaqlar.

Tədris proqramları humanitar və sosial elmlər, təhsil, tibb,
iqtisadiyyat və idarəetmə, təbiət elmləri, texniki və texnoloji
ixtisaslar, eləcə də mədəniyyət və incəsənət istiqamətlərini əhatə
edəcək.
Qeyd edək ki, Azərbaycanda xarici vətəndaşların təhsili “Study in
Azerbaijan” platforması vasitəsilə daha əlçatan və sistemli şəkildə
həyata keçirilir.