İlqar İsbatov: “Tikinti sektoru Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib”

Baş səhifə
İlqar İsbatov: Tikinti sektoru Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra tikinti sektoru ölkə iqtisadiyyatının lokomotivinə çevrilib.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov “BakuBuild” – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və “Rebuild Karabakh-2025” sərgisində çıxışı zamanı deyib.

“Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərlə yanaşı, ölkənin bütün regionlarında tikinti işləri böyük vüsət alıb”.

İ. İsbatov paytaxtda təsdiqlənmiş baş plan əsasında görüləcək işlər barədə də məlumat verib:

“Şəhərin müxtəlif hissələrində iri tikinti meydançalarının təşkili, yeni yaşayış komplekslərinin, ictimai və mülki binaların inşası nəzərdə tutulub. Bu baxımdan sərginin keçirilməsi həm mövcud nailiyyətlərin təqdimatı, həm də gələcək layihələrin müzakirəsi üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.