Venesuelada qızıl mədəni çöküb – 14 nəfər həyatını itirib

Baş səhifə

Bakı. Trend:

Venesuelanın cənubunda El Kallao rayonunda qızıl mədəninin
çökməsi nəticəsində azı 14 nəfər həyatını itirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Bədbəxt hadisənin bölgədə yağan leysan yağışlardan sonra baş
verdiyi bildirilir.

Venesuelanın Milli Risk Sistemi hadisə yerində axtarış-xilasetmə
əməliyyatının keçirildiyini, meyitlərin üç ayrı mədən tunelindən
çıxarıldığını açıqlayıb.