ABŞ prezidenti Donald Tramp hesab edir ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər.
“Report” xəbər verir ki, o, bu mövqeyini oktyabrın 13-də Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə liderinin böhranın həllinə kömək edə bilərmi sualına Tramp vurğulayıb:
“Ərdoğan kömək edə bilər. Rusiyada ona hörmət edirlər, amma Ukrayna haqqında danışa bilmərəm. Rusiya prezidenti Vladimir Putin də ona hörmət edir və o, mənim dostumdur”, – Ağ Ev rəhbəri qeyd edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

