“Çelsi” Ronald Arauxonu transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

Londonun “Çelsi” klubu “Barselona”nın uruqvaylı müdafiəçisi
Ronald Arauxo ilə maraqlanır.

Trend xəbər verir
ki, “Zadəganlar” 26 yaşlı futbolçunun transferini bu qış deyil,
yayda reallaşdırmağa cəhd göstərə bilər.




Mənbə bildirir ki, “Barselona”nın maliyyə çətinlikləri
səbəbindən klub Arauxonu satmağa məcbur qala bilər. Bununla belə,
bu məsələ 2026-cı ilin yayına qədər katalon klubunun maliyyə
vəziyyətindən asılı olacaq.

Bu mövsüm Ronald Arauxo bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol
vurub. Müdafiəçinin “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına
qədər qüvvədədir. “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, onun
bazar dəyəri 35 milyon avrodur.