NATO-nun “Steadfast Noon 2025” nüvə təlimi Hollandiyada başlayıb

Baş səhifə

Bakı. Trend:

NATO-nun illik “Steadfast Noon 2025” nüvə təlimi bazar ertəsi
Hollandiyada start götürüb.

Trend xəbər verir
ki, təlimlərin məqsədi Alyansın nüvə qarşısının alınmasına
hazırlığını yoxlamaqdır.




NATO-nun baş katibi Mark Rutte Volkel aviabazasına səfəri zamanı
bildirib ki, təlimlərə Alyansa üzv ölkələrin təyyarələri, o
cümlədən Hollandiya Hərbi Hava Qüvvələrinin müasir F-35A
təyyarələri cəlb olunacaq.

Alyans qeyd edib ki, bu təlimlər hər il keçirilir və nüvə
silahının istifadəsini nəzərdə tutmur. Baş katib Mark Rutte
vurğulayıb ki, təlimlər sırf müdafiə xarakteri daşıyır və NATO-nun
Avro-Atlantik regionda təhlükəsizliyi qorumaq qabiliyyətini nümayiş
etdirir.