
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu baş tutub.
APA xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda keçiilən görüşdə Ukrayna Azərbaycan millisini 2:1 hesabı ilə məğlub edib.
Ukrayna millisinin heyətində Aleksey Qutsulyak və Ruslan Malinovski vurub.
Vitali Mikolenko isə avtoqola imza atıb.

