Tramp Misirin HƏMAS ilə vasitəçilik rolundan bəhs edib

Baş səhifə

Bakı. Trend:

Mən Misirin HƏMAS ilə vasitəçilik rolunu yüksək
qiymətləndirirəm.

Trend xəbər verir ki, bu
barədə ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdülfəttah
əs-Sisi ilə görüşündən əvvəl deyib.

“HƏMAS bu ölkəyə və Misir rəhbərliyinə hörmətlə yanaşır. Mən
bunu çox yüksək qiymətləndirirəm”, – o vurğulayıb.

Qəzza sülh sazişinin növbəti mərhələsini şərh edən Tramp
yenidənqurma işlərinin aparılmasının vacibliyini qeyd edib: “Təmizliyə başlamaq üzrəyik. Qəzzaya baxın – onun kütləvi şəkildə
təmizlənməsi lazımdır”.




Tramp həmçinin, danışıqlarda beynəlxalq iştirakın yüksək
səviyyədə olduğunu vurğulayıb.

“Digər otaqda dünyanın ən varlı ölkələrinin, bəzi varlı
xalqlarının nümayəndələri var. Bütün böyük liderlər buradadır –
əmirlər, şahlar və başqaları. Dəvət etdiyimiz hər kəs gəldi. Bu,
böyük hörmət tələb edir.

Düşünürəm ki, biz mühüm irəliləyiş görəcəyik”, – o əlavə
edib.