
Bakı. Trend:
“Apple” korporasiyası bu həftə bir sıra yeni məhsullarını təqdim
edəcək.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, IT nəhəngi M5 çipseti ilə çalışan azı iki
qadjetinin buraxılacağını elan edib. Söhbət “iPad Pro” tabletindən
və “Vision Pro” əlavə reallıq şlemindən gedir.
Təqdimatın qarşıdakı günlərdə baş tutacağı qeyd olunur.
Korporasiyanın eyni zamanda, “M5” prosessoru əsasında yeni
“MacBook Pro” təqdim edəcəyi gözlənilir. Bununla belə, “Apple” yeni
cihazlar üçün ayrıca təqdimat mərasimi keçirəcəyi istisna
edilir.
IT eksperti Mark Qurmanın fikrincə, şirkət sadəcə rəsmi saytını
yeniləyərək, ora yeni qadjetləri və onlarla bağlı press-relizləri
əlavə edəcək.

