
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımovun rəhbərlik
etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta
Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-nin
Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Məlumata görə, 13-18 oktyabr tarixlərini əhatə edəcək İllik
Toplantılar zamanı Mərkəzi Bankın nümayəndə heyəti Azərbaycanın da
daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və
Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank
sədrlərinin qatılacağı tədbirlərdə, eləcə də DB və BVF-nin rəhbər
şəxsləri ilə görüşlərdə iştirak edəcək. Səfər çərçivəsində
nümayəndə heyətinin bir sıra xarici mərkəzi bankların və maliyyə
institutlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin və
qarşılıqlı müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, DB və BVF tərəfindən keçirilən İllik Toplantılarda
dövlət və özəl sektoru təmsil edən rəhbər şəxslər, beynəlxalq
təşkilatlar, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu
nümayəndələri tərəfindən qlobal və regional çağırışlarlarla bağlı
müzakirələr aparılacaq.

