Yelo Bank-ın dəstəyi ilə PR Forum 2025 uğurla keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

10 oktyabr 2025-ci ildə Finance Time şirkətinin təşkilatçılığı,
Yelo Bank-ın dəstəyi ilə yerli kommunikasiya mütəxəssisləri, media
nümayəndələri, dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə
PR Forum 2025 baş tutdu.

Forumun builki mövzusu çağdaş dövrün ən aktual çağırışlarına –
brend etibarı, dezinformasiya və Korporativ Sosial Məsuliyyət (KSM)
məsələlərinə həsr olunmuşdu. Tədbir çərçivəsində müasir PR
strategiyaları, onların tətbiqi və uğurlu təcrübələr ətrafında
peşəkar müzakirələr aparıldı.

Tədbirin açılışında Yelo Bank İdarə Heyətinin sədr müavini Günay
Cəlilova çıxış edərək qonaqları salamladı. O, PR-ın yalnız
“ictimaiyyətlə əlaqələr” kimi deyil, daha geniş mənada
kommunikasiya üslubu olduğunu vurğuladı – insanla insan, brendlə
insan, hətta keçmişlə gələcək arasında körpü rolunu oynayan bir
üslub. Onun sözlərinə görə, belə forumlar həm peşəkarların təcrübə
mübadiləsi, həm də gənc mütəxəssislərin inkişafı üçün mühüm
platformadır.

Forumun əsas panellərində bu mövzular müzakirə olundu:

• Dezinformasiyanın artdığı dövrdə brend etibarını qorumaq
yolları

• Korporativ Sosial Məsuliyyətin şirkət imicinə və cəmiyyətə
təsiri




• Krizis şəraitində effektiv kommunikasiya üsulları

• Azərbaycandan və dünyadan uğurlu PR kampaniyaları

Panel müzakirələrində yerli və xarici PR mütəxəssisləri çıxış
edərək, öz sahələrində tətbiq etdikləri strategiyaları və real
təcrübələrini bölüşdülər. Forum həmçinin gənc kommunikasiya
mütəxəssisləri üçün öyrənmək, şəbəkələşmək və ilham almaq
baxımından dəyərli imkan yaratdı.

Yelo Bank isə bundan sonra da bilik mübadiləsini, innovativ
yanaşmaları və sosial məsuliyyət dəyərlərini gücləndirən layihələri
dəstəkləməyi hədəfləyir.

Bank
xidmətləri
haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman
981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!