14 bomba atdıq, İranın nüvə silahı əldə etməsinin qarşısını aldıq.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Knessetdə çıxışında bildirib.
Prezident əlavə edib ki, pilotlar 22 ildir İranı izləyirlər və hücumu qüsursuz həyata keçiriblər.
“Biz İranın əsas obyektlərinə 14 bomba atdıq, onları məhv etdik və birlikdə dünyanın bir nömrəli terrorizm sponsorunun nüvə silahı əldə etməsinin qarşısını aldıq. Bu nüvə razılaşması ilə Yaxın Şərq üzərində qara bulud qalacaq. İran nüvə silahından iki aydan çox uzaqda idi.. Pilotlarımız 22 ildir onları izlədiyimizi və hücumu qüsursuz həyata keçirdiklərini dedi. Tutaq ki, nüvə silahı İranın əlinə keçsəydi, biz bu gün burada olmazdıq”.

