
Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
yerli bazarda müştərilərinin rəqabət qabiliyyətini artırmaq üçün
həyata keçirdiyi təşəbbüsləri davam etdirir.
Bank 31 oktyabr 2025-ci il tarixinədək davam edəcək yeni
kampaniya çərçivəsində KOS müştərilərinə bizneslərini böyütmək və
maliyyə xərclərini azaltmaq üçün onlayn biznes kreditini 2%
endirimlə əldə etmək imkanı təqdim edir. Bu imkandan yararlanacaq
sahibkarlar 250 000 AZN-dək girovsuz onlayn biznes kreditini
13%-dən deyil, yalnız 11%-dən başlayan şərtlərlə əldə edə bilərlər.
Kampaniya haqqında ətraflı məlumat almaq və bu fürsətdən istifadə
etmək üçün linkə keçid edin.
Xatırladaq ki, Azərbaycan bazarında kiçik və orta sahibkarlıq
seqmentinin inkişafına verdiyi dəstəyə görə “PAŞA Bank” 2024-cü
ildə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Ən
yaxşı KOS bankı” mükafatına layiq görülüb. Bundan əlavə, Bank
2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi
töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq
nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib,
həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında
“Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan
başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim
edilən “World’s Best Private Banks 2025” mükafatlarının
qaliblərindən biri olaraq tanınıb.

