Beyləqan.Trend:
Beyləqan rayon Birinci Şahsevən kəndi ərazisində səhər
saatlarında yol nəqliyyat hadisəsi baş verib.
Trend xəbər
verir ki, səhər saat 05:00 radələrində Beyləqan rayonunda
yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi)
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları
diaqnozu təyin edilib. Qəza zamanı ağır xəsarət alan qardaşlardan
biri ölüb.
Belə ki, xəsarət alan 3 qardaşların biri 1996-cı il təvəllüdlü
Elvin Həşimov xəstəxanada həyatını itirib. Qəza zamanı xəsarət alan
digər 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Xəsarət alan
şəxslərin ANAMA əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

