
Bakı.Trend:
Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə iclasıda çıxışı zamanı bir sıra
mühüm məsələlər toxundu, MDB çərçivəsində əməkdaşlığın yüksələn
xətt üzrə inkişaf etdirdiyini diqqətə çatdırdı.
Bu sözləri Milli Məclisin deputatı Trend-ə açıqlamasında
Afət Həsənova deyib.
Deputat bildirib ki, dövlət başçısı çıxışına Qardaş Tacikistan
xalqını əldə etdiyi uğurlar münasibətilə təbrik etməklə və ölkədə
görülən işləri yüksək qiymətləndirməklə başladı.
“Dövlət baçısı eyni zamanda Tacikistan ilə Azərbaycan arasında
ikitərəfli münasibətlər ardıcıl inkişaf etdiyini diqqətə
çatdırdı.
Azərbaycan ilə Tacikistan arasında əlaqələr bu gün yüksək
səviyyədədir və ardıcıl şəkildə inkişaf edir. Dövlətlərimiz
arasında münasibətlər qardaşlıq, dostluq və qarşılıqlı dəstəyə
əsaslanır. Bu əməkdaşlığın əsasını etimad, birgə maraqlar və
qarşılıqlı hörmət təşkil edir. Hər iki ölkənin rəhbərlərinin siyasi
iradəsi və qarşılıqlı səfərləri bu münasibətlərin daha da
dərinləşməsinə xidmət edir. Tacikistan və Azərbaycan arasında
iqtisadi, humanitar və mədəni sahələrdə qarşılıqlı əməkdaşlıq
genişlənməkdədir və bu, gələcəkdə yeni bir mərhələyə
yüksələcək”.
A.Həsənova qeyd edib ki, dövlət başçısı öz çıxışında MDB
çərçivəsində humanitar əməkdaşlğın inkişaf etməsinə də diqqət
çəkdi: “Bu kontekstdə, dövlət başçısı Azərbaycanın Şərqi Zəngəzur
bölgəsinin incisi olan Laçın şəhərinin bu il MDB-nin “Mədəniyyət
paytaxtı” seçilməsini xüsusi qeyd edərək təşəkkürünü bildirdi.
Cənab Prezident qeyd etdi ki, “Azərbaycanın bu qədim torpağının
tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları
Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra
sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə
dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat
şəhərlərdən birinə çevrilib”. Prezident bir daha Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində aparılan sürətli bərpa və
quruculuq işlərini dövlət başçılarının diqqətinə çatdırdı”.
Deputat vurğulayıb ki, Azərbaycan həm də dünyada idman ölkəsi,
mühüm beynəlxalq idman yarışlarının ev sahibi kimi nüfuz qazanb:
“Bu konteksdə Azərbaycanın daha bir mühüm töhfəsi III MDB
Oyunlarına ev sahibliyi etməsi oldu. Dövlət başçısı çıxışında bu
məsələ toxunaraq bildirdi ki, “Birliyin həyatında daha bir mühüm
hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində –
XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
vətənində keçirilən III MDB Oyunları oldu”.
A.Həsənova əlavə edib ki, Azərbaycan regionda sülh, əməkdaşlıq
və qarşılıqlı inkişafa yönəlmiş siyasət yürüdür: “Tacikistanla
dostluq əlaqələrinin möhkəmlənməsi, MDB çərçivəsində birgə
layihələrin gerçəkləşdirilməsi bu siyasətin mühüm tərkib
hissəsidir. İnanıram ki, qarşılıqlı hörmət və dostluq ruhu
gələcəkdə də xalqlarımız arasında münasibətlərin daha da
dərinləşməsinə töhfə verəcək”.

