İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bilasuvar Azerbaijan Holdco” və “Banka Azerbaijan Holdco” MMC-ləri dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətlər “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Onların nizamnamə kapitalı müvafiq olaraq 15 688 385 ABŞ dolları və 11 337 732 ABŞ dolları, qanuni təmsilçisi isə Qazaxıstan vətəndaşı Yernur Jıyenbayevdir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

