Kaya Kallas: Tramp Yaxın Şərqdə sülhə nail olmağı mümkün etdi

Baş səhifə
Kaya Kallas: Tramp Yaxın Şərqdə sülhə nail olmağı mümkün etdi

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İsraillə Fələstinin HƏMAS arasında sülhə nail olunmasında və israilli girovlarının azad edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Girovların azad edilməsi diplomatiya üçün böyük uğur və sülhə aparan yolda mühüm mərhələdir. Prezident Tramp bu irəliləyişi mümkün etdi”, – Kallas yazıb.

O qeyd edib ki, Qəzzada sülhə nail olmaq çətin proses olacaq.